3 Mart 2018 14:40
899
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərzaq məhsullarının tədarükü və təchizatı ASC Novruz bayramının yaxınlaşması ilə əlaqədar olaraq, paytaxt əhalisinin kənd təsərrüfatı məhsulları ilə təminatının yüksəldilməsi, süni qiymət artımının qarşısının alınması məqsədi ilə satış-yarmarkaların təşkilinə start verib.

Teleqraf.com xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, yarmarkalar:

Səbail rayonu, Badamdar qəsəbəsi, Seyran Məmmədov küçəsi 1;

Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi 59 (Təzə bazarın aşağı hissəsi);

Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 207 ("İdeal" şadlıq sarayının yanı);

Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi (Suraxanı maşınqayırma zavodunun qarşısı);

Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ("Günəş" ticarət mərkəzinin ərazisi) ünvanlarında keçirilir.

Yarmarkalarda əhaliyə təklif olunan məhsullar səhmdar cəmiyyətin regionlardakı məntəqələri tərəfindən yerli istehsalçılardan tədarük olunub, eyni zamanda öz məhsulunu paytaxta gətirərək satmaq istəyən fermerlərə təşkilatı dəstək verilib.

Şənbə və bazar günləri keçiriləcək yarmarkalara gündəlik olaraq 70 növdə, 30 tondan artıq kənd təsərrüfatı və qida məhsulları çıxarılacaq.

Səhmdar cəmiyyət yarmarkalara avans hesabına yerli fermerlərdən tədarük olunaraq “Eloba” brendi altında qablaşdırılmış noxud, ağ lobya, qarabaşaq, düyü məhsullarını da çıxarıb. Bütün məhsullar bazar qiymətlərindən orta hesabla 20% ucuz satılacaq.

Yarmarkalar bu ayın sonuna qədər fəaliyyət göstərəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər