Bu gün onlayn media ictimai rəyin formalaşmasına ciddi dəstək verir.
Teleqraf.com xəbər verir ki, bu sözləri "APA" Holdinqin rəhbəri Vüsalə Mahirqızı jurnalistlərin VII qurultayında çıxışı zamanı deyib.
O bildirib ki, vaxtilə onlayn mediaya dövlət dəstəyi ideyası səsləndiriləndə onun əleyhinə çıxıb: "Hesab edirdim ki, reklam gəlirləri ilə maddi problemləri həll etmək olar. Lakin zaman göstərdi ki, reklam onlayn medianın problemlərini həll etmədi.
Reallıq göstərir ki, onlayn mediaya dövlət dəstəyinə ehtiyac var. Bu gün ölkənin virtual sərhədlərini onlayn media qoruyur. Dövlətin onlayn media qarşısnda öhdəliyi mümkün deyil. Lakin bu, sadəcə bir təklifdir.
Bundan başqa, Mətbuat Şurası vahid kart məsələsini həll etməlidir. Dünyada uyğun təcrübə var, peşəkar jurnalistə vahid kart verilir. Mətbuat Şurasının verəcəyi sarı kart sahibləri xüsusi olaraq seçilməlidir. Hər jurnalistə belə kartın verilməsinə ehtiyac yoxdur".