“Zerkalo” qəzetinin elektron versiyası fəaliyyətini bərpa edib.
Teleqraf.com xəbər verir ki, bu barədə baş redaktor Elçin Şıxlı sosial şəbəkədə məlumat yayıb.
“Zerkalo”nu da işə saldıq! Əyri-əskikləri hələ var, üzərində iş gedir”, - deyə Elçin Şıxlı qeyd edib.
Xatırladaq ki, 1988-ci ildən Azərbaycanda rus dilində nəşr olunan “Zerkalo” qəzeti 2014-cü ilin mayın 6-da fəaliyyətini dayandırmışdı.