19 Aprel 2018 13:10
839
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Faytonçu Nazim” ləqəbi ilə tanınan müğənni Nazim Pişiyarinin “Elmed” klinikasının cərrahı Elman Əzimova qarşı qaldırdığı iddia əsasında məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Binəqədi rayon Məhkəməsində hakim Almaz Süleymanovanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə “Faytonçu Nazim”in iddiasını təmin etməyib.

Qeyd edək ki, Nazim Pişiyari bildirib ki, ilk dəfə “Elmed” klinikasında cərrah Elman Əzimov tərəfindən əməliyyat olunub. Lakin əməliyyatdan sonra səhhətində daha ciddi problemlər yaranıb. Bundan sonra İsrail və Türkiyədə bir neçə əməliyyat keçirib. Hazırda vəziyyəti normaldır. “Faytonçu Nazim” həkimin ciddi cəzalandırılmasını istəyib.

O, bununla bağlı Baş Prokurorluğa, Bakı şəhər Prokurorluğuna və Binəqədi rayon Prokurorluğuna müraciət edib.

Nazim Pişiyari həkimdən təzminat ödəməsini tələb edirdi.

Qeyd edək ki, Nazim Pişiyarınin bundan əvvəl də “Elmed” klinikasının cərrahı Elman Əzimovla məhkəmə çəkişməsi olub.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər