21 Aprel 2018 01:26
10 224
12 Punto 14 Punto 16 Punto 18 Punto

20 Aprel tarixində Sumqayıt Dövlət Universitetinin nəzdində Sumqayıt Dövlət Texniki Kollecində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə dəyərli yazıçı, araşdırmaçı, kolleksioner, Türkiyənin Mərmərə Universitetinin məzunu Dilqəm Əhməd tərəfindən sərgi-mühazirə keçirilib.

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə yazıçı, pedaqoq, tədbirin təşkilatçısı Günel Eyvazlı açaraq AXC-nin tarixinə qısa nəzər salaraq bu tədbirlərin keçirilməsinin tarixi əhəmiyyətindən danışıb, Respublika Prezidenti tərəfindən 2018-ci ilin "Cümhuriyyət ili” elan olunmasının mahiyyətindən, tələbələrin, gənclərin müstəqillik, dövlətçilik, vətənsevərlik dərkinin vacibliyindən söhbət açıb.

Həmçinin tədbirin keçirilməsində yardımçı olan kollec rəhbərliyinə - İsmayılov Mehman müəllimə, Əsəd Qurbanova, Saməddin Qasımova, İsmayıl Feyzullayeva, Nizami Abdullayeva, gələn qonaqlara - Ülvi Məmmədova, bu məsuliyyətli, vacib missiyanı həyata keçirən Dilqəm Əhmədə dəvəti qəbul etdiyi üçün təşəkkür edib.

Çıxışın ardından tarixçi, pedaqoq Ülvi Məmmədov Xalq Cümhuriyyətinin yaranma prosesindən, lederlərin, maarifpərvərlərin bu müqəddəs addıma imza atmasından danışıb. Kollecin şöbə müdiri Saməddin Qasımov çıxışa əlavə edərək Türkiyədə təhsil aldığı dönəmlərdən, Cümhuriyyət Dövründə təhsil üçün göndərilən tələbələrin acı taleyindən söhbət açıb.

Dilqəm Əhməd Cümhuriyyət dövrünə aid - Respublika muzeylərində, arxiv idarələrində belə olmayan nadir tarixi sənədləri, fotoşəkilləri, məktub və qəzetləri pedoqoji heyətin, tələbələrin diqqətinə çatdıraraq slaydlar vasitəsilə yayımlanan fotoşəkillər haqqında dolğun məlumat verib. Cümhuriyyətin yaranma prosesini, qəbul edilən vacib qərarları, Məhəmməd Əmin Rəsulzadənin keçdiyi mühacirət dövrünü, marifpərvərlərin, vətənevərlərin fəaliyyətini, Finlandiyadan, Türkiyədən – dünyanın dörd bir yanından əldə etdiyi tarixi-vacib sənədlərin kolleksiyası üçün alınmasından söhbət açıb. Eyni zamanda tələblərin suallarını cavablandırıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər