Teleqraf.com-un məlumatına görə, məsələ ilə bağlı açıqlama verən iqtisadçı Samir Əliyev hesab edir ki, problemin əsas hissəsi ilkin ödənişin çox olmasıdır:
"Ümumilikdə kredit faizləri aşağı düşməlidir ki, ipoteka faizlərinə təsir göstərsin. İpoteka fondunun buraxdığı istiqrazlar illik 3 faiz təşkil edir. Bu istiqrazlar banklar üçün bir o qədər cazibəbar deyil.
İpoteka götürmək üçün tələb olunan minumum əmək haqqı 500 manatdır. Bu gün sosial ipoteka krediti daha çox dövlət qurumlarında çalışanlara şamil olunur. İllik faiz dərəcəsi də adi ipotekada 8 sosial ipotekada 4 faizdir. Başqa bir məsələ də var ki, bu gün ipoteka krediti verilərkən ailənin ödəmə qabiliyyəti də nəzərə alınır".
Ekspert Rəşad Əliyev isə ipoteka predmetinin həmin ailələr üçün əlçatan olması üçün mütləq uşaqların sayının nəzərə alınmasını təklif edir:
“İqtisadi reallıqları nəzərə aldıqda 4 faiz həqiqətən aşağı görünsə də, ev alışı üçün çox yüksək rəqəmdir. Hazırkı şərtlərdən belə çıxır ki, bütün ailələr eyni cür mənzil ala bilər. 4 uşağdan ibarət olan ailənin gəliri bir uşağı olan ailənin gəliri ilə eynidirsə, eyni cür ev ala bilərlər”.
Qeyd edək ki, bu yaxınlarda hökümət tərəfindən sosial mənzillərin satışı elan olundu. Burada hər kvadrat metr üçün mövcud bazar qiymətinə uyğun orta hesabla 950 manat hesablanıb.
Hər bir halda bu digər alternativ imkanlardan daha üstün sayılır.