24 Aprel 2018 21:28
949
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Bakı Metropoliteni” QSC-nin Marketinq və Reklam şöbəsinin müdiri Lalə Babayeva sosial şəbəkədə böyük qalmaqala səbəb olan fikirlərinə görə hamıdan üzr istəyib.
Teleqraf.com xəbər verr ki, bu barədə L.Babayeva öz "Feysbuk" səhifəsində yazıb: “Hörmətli soydaşlarımız, bu gün sosial şəbəkədə fikirayrılığına səbəb olan şərhim təəssüf edirəm ki, düzgün anlaşılmayıb və həmin şərh heç də çalışdığım müəssisənin mövqeyini əks etdirmir. Bu səbəbdən, Azərbaycan vətəndaşı olaraq, cəmiyyətimizdə belə arzuolunmaz rəy yarandığı üçün çox təəssüf edir, bütün həmvətənlərimizdən yanlış anlaşmaya görə, üzr istəyirəm”.



Qeyd edək ki, L.Babayevanın sosial şəbəkədə yazdığı status (“Çastpik” yazanlar öz kəndində qalsaydı, belə problem yaranmazdı. Həm təmiz, həm də rahat metro olardı”)kəndliləri təhqir kimi qiymətləndirilib və ciddi etiraza səbəb olub.

Müəllif: Teleqraf.com

Oxşar xəbərlər