25 Aprel 2018 18:12
4 295
12 Punto 14 Punto 16 Punto 18 Punto

Benzini qarışdırmaq fəsadlara yol açır.

Teleqraf.com xəbər verir ki, ARB-nin efirində bununla bağlı maraqlı sujet yayımlanıb.

Sujetdə bildirilir ki, bəzən avtomobil alan sürücülər onun texniki göstəricilərinə deyil, istehsal olunduğu ilə daha çox önəm verir. Məlum olduğu kimi, istehsal ili yeni olan avtomabillərin əksəriyyəti “Aİ 92” ilə müqayisədə baha olan “Aİ 95” və ya premium oktanlı benzinlə işləyir.

İlk vaxtlar bəzi sürücülər bu məqama diqqət etsələr də sonradan büdclərinə qənaət məqsədi ilə avtomobilə “Aİ 92” və “Aİ 95” oktanlı benzinləri qarışırdıraraq tökür. Bununla sürücülər “kompromis” əldə etməyə çalışır.

Elə sürücülər də var ki, mühərriki təmizləmək məqsədi ilə müxtəlif növlü yanacaqları qarışdırır. Misal üçün, “Aİ 92” ilə çalışan nəqliyyat vasitəsinə “Aİ 95” markalı benzin tökür və mühərrikin təmizlənəcəyini düşünür.

Usta Vüsal Nəbiyev deyib ki, bu avtomobillərdə proqramlar 95-ə görə yazılıb: “Biz onu qarışdıranda maşında bəzi hissələr sıradan çıxır.

Yanacaq növünün aşağı keyfiyyətlisi ilə əvəz edilməsi də yolverilməzdir. Nəticədə az yanma olur, avtomobilin gücü azalır və ən əsası, mühərrikdən çıxan tullantı qazlarda zərərli maddələrin miqdarı artır”.

Ekspert Bəxtiyar Əmirli bildirib ki, istehsalçı zavodun tövsiyəsinə uyğun yanacaq tökülməzsə, qidalandırma sistemində problemlər yarana bilər.

Avtomobillərin hansı yanacaq növü ilə işlədiyini müəyyən etməyə gəlincə isə bu, istehsal ili, ölkəsi və istifadəsi nəzərdə tutulduğu coğrafi əraziyə görə dəyişir.

Peşəkarların ümumi rəyindən göründüyü kimi sürücülər yanacağa qənaət etmək istəyirsə, kiçik həcmli mühərriklə istehsal olunmuş avtomobil almaq tövsiyə olunur. Əks halda benzinin keyfiyyətini azaltmaqla qənaət etdiyi pulları bir müddət sonra mühərrikin təmiri üçün xərcləməli olacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər