Azərbaycanın palçıq vulkanlarında ilk dəfə olaraq təbii əmələ gəlmiş qızıl, gümüş, dəmir, mis, titan, yeni minerallar və s. aşkar edilib.
Teleqraf.com məlumatına görə, bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun (GGİ) Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.
O qeyd edib ki, palçıq vulkanlarının "sakit" dövründə axaraq Yer səthinə çıxardığı palçığın tərkibində təbii əmələ gəlmiş qızıl, gümüş, mis, titan, mineral maddələr və s.-ə rast gəliblər.
Əvvəllər bu sahənin öyrənilmədiyini deyən alimin sözlərinə görə, son 2 il ərzində bu istiqamətdə ukraynalı mütəxəssislərlə birgə iş aparılır.
A.Əliyev bu tədqiqatlar nəticəsində çox yaxşı nəticələrin əldə edildiyini də söyləyib.