Aprelin 28-29-da Almaniyan Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti (GİZ) jurnalistlər üçün növbəti seminarını keçirib. Budəfəki mövzu "Mediada müəllif hüquqları: rəqəmsal mediada müəllif hüquqlarını necə qorumalı?" olub. Seminarda müxtəlif media orqanlarından 20 nəfərə yaxın jurnalsit iştirak edib.
Teleqraf.com xəbər verir ki, ekspert Müşfiq Ələsgərli jurnalistlərə mətbuatda müəlliflik hüququ ilə qorunan əsərlərin təsnifatını verərək onların dəqiq sərhədlərini izah edib. Eyni zamanda yaradıcı və qeyri-yaradıcı məhsulların müəlliflik hüququ, onun qanunla necə qorunması prinsiplərini açıqlayıb.
Ekspert mətbuatın plagiatlıqla mübarizə metodlarından, internet medianın domen və ad problemləri və onun həlli yollarından danışıb. O bildirib ki, bu hüquqların pozulmasına görə qanunvericilikdə inzibati və cinayət məsuliyyəti nəzərdə tutulub.
Seminarın nəticəsi olaraq may ayında jurnalistlər arasında yazı müsabiqəsi də təşkil ediləcək. İştirakçılardan müəllif hüquqlarının pozulması və onun həlli yolları ilə bağlı araşdırma yazıları tələb olunur.