12 Avqust 2014 14:16
911
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyəli millət vəkili Nejdət Ünüvar bu ölkədə müalicə alan Azərbaycan və Fələstindən olan yaralıları ziyarət edib.

O, yaralıların vəziyyəti ilə bağlı xəstəxananın həkimləri ilə danışdıqdan sonra xəstələrlə görüşüb. N.Ünüvar əsgərlərimizə Türkiyədə özlərini öz evlərində kimi hiss etmələrini söyləyib: “Ölkənizdə yaşanan müharibənin tezliklə bitəcəyinə inanır və dua edirəm”.

Türkiyə-Azərbaycan dostluq qrupunun başqanı kimi N. Ünüvar yaralı əsgərlərimiz Elvin Əsgərov və Sərxan Tahirzadəyə də baş çəkib. Sonra əsgərlərin əhvalını yüksəltmək üçün əsgərlərimizə söhbət edib və qırmızı qərənfil verib. Yaralıılar da öz növbələrində Türkiyə dövlətinə təşəkkür ediblər.

Millət vəkili görüşdən sonra mətbuata açıqlamasında bildirib ki, istər Gəzza, istərsə də Azərbaycandan yaralıların Türkiyəyə gətirilməsini yüksək qiymətləndirib. O bildirib ki, Türkiyənin qapıları hər zaman Gəzza və Azərbaycan üçün açıqdır.

Lent.az


Müəllif:

Oxşar xəbərlər