6 İyun 2018 23:58
1 345
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şəhərin mərkəzində yerləşən yaşayış binasının 5-ci mərtəbəsində qəfil ortaya çıxan ilan, ev sahibini təşvişə salıb. Hazırda mənzildə yaşayanlar ilanın olması səbəbindən eyvana çıxa bilmirlər.

Hadisə paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, bina 112, mənzil 26 da baş verib. 5-ci mərtəbədə yaşayan Gülnarə Məmmədova və 5 yaşlı oğlu eyvana çıxmaq istəyərkən qəfil uzunluğu təxminən 1 metrdən çox olan ilanla qarşılaşıblar. Görüntülərdən də aydın olur ki, ilan sağdır. Hadisə şahidləri ilk dəfədir mənzillərində ilan gördüklərini bildirirlər.

Ev sahibi deyir ki, ilan bir neçə gün eyvanda qalıb. Sonra isə ilan eyvandakı yuvasına girib. Ev sahibi yuvanın üzərinə suvaq vurub ki, ilan oradan çıxmasın. Ancaq buna baxmayaraq hələ də, mənzildə olanlar qorxularından eyvana çıxa bilmirlər.

Görüntülərlə tanış olan Milli Elmlər Akademiyasının Zoologiya İnsitutunun əməkdaşı Səbinə Bünyatova "Xəzər Xəbər"ə bildirdi ki, görüntüdəki ilan "zeytuni təlxə" növündəndir və zəhərsiz olduğundan heç bir təhlükəsi yoxdur. Sadəcə yaşayış binası köhnə olduğu üçün, üstəlik belə ilanlar binalarda kərtənkələ ilə qidalandığı üçün tez-tez ortaya çıxır. Səbinə Bünyatova qeyd etdi ki, belə vəziyyətdə ev sahibi mütəxəssislərə müraciət edib ilanı eyvandan uzaqlaşdıra bilər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər