Dünən təcili olaraq xəstəxanaya yerləşdirilən aparıcı Hacı Nuran Hüseynovun ağciyərində onkoloji şiş tapılıb.
Publika.az xəbər verir ki, bu barədə aparıcının köməkçisi Məsim məlumat verib: "Hacı Nuranı Almaniyaya aparmağa hazırlaşırıq. Səhhəti pisləşmişdi, immuniteti aşağı düşmüşdü. Analizlər çıxanda öyrəndik ki, ağciyərində 5 sm onkoloji şiş tapılıb. Bazar günü Almaniyaya gedəcəyik, müalicəsini orada davam etdirəcək. İnşallah onu sevənlərin duaları tezliklə sağalmasına kömək edər”.
***
15:26
Ötən gün xəstəxanaya yerləşdirilən aparıcı Nuran Hüseynovdan onkoloji şiş tapılıb.
Teleqraf.com xəbər verir ki, bunu "Qafqazinfo”ya açıqlamasında aparıcının köməkçisi məlumat verib. Bildirib ki, N.Hüseynov təcili olaraq Almaniyaya aparılmalıdır:
"Təzyiqi qalxıb-düşürdü. Zəifləmişdi, immuniteti aşağı düşmüşdü. Analizlər verilib və birinin cavabları çıxıb. Ağ ciyərində onkoloji şiş tapılıb. Bu səbəbdən təcili Almaniyaya getməlidir, müalicəsi davam etdirilməlidir”.