27 İyun 2018 00:56
1 301
12 Punto 14 Punto 16 Punto 18 Punto

Cəfəri suyu ilə yatarkən belə arıqlamaq mümkündür.

Teleqraf.com xəbər verir ki, cəfəri suyu bədəndəki artıq çəkidən sürətlə qurtulmağa kömək edir. Həmçinin, böyrək daşı, sinir xəstəliklərinin müalicəsinə kömək edir.

Eyni zamanda qaraciyər yağlanmasının qarşısını alır, dərini cavanlaşdırır

Cəfəri suyunu yuxulu ikən içəndən sonrakı nəticəsini görmək istəyirsinizsə, yatmazdan iki saat əvvəl heç nə yeməyin. Ac halda bir stəkan cəfəri suyunu içsəniz piylənmədən sürətli şəkildə qurtulacaqsınız.

Onun hazırlanması belədir: Boş qazana 3 stəkan su tökün. Sonra cəfərini saplaqları ilə bərabər qazana tökün, zəif yanan qazın üzərində iki-üç dəqiqə qaynadın. Cəfəri suyu qaynadıqdan sonra 10 dəqiqə dəmdə saxlayın.

Bu qarışığı gecə yatmazdan bir saat əvvəl içənlər onun arıqladıcı təsirə malik olduğunu deyirlər.


Müəllif: Naibə Qurbanova

Oxşar xəbərlər