21 İyul 2018 17:50
1 452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin nümayəndə heyəti Moldovaya səfər edib.

Mərkəzdən Teleqraf.com-a verilən məlumata görə, səfər çərçivəsində Moldova Prezidenti İqor Dodon mərkəzin baş katibi Rövşən Muradovu qəbul edib. Qəbul zamanı mərkəzin fəaliyyəti, gələcək planları, Bakıda keçirilmiş VI Qlobal Forumla bağlı müzakirələr aparılıb. Mərkəzin Moldovada fəaliyyətinin genişləndirilməsi, birgə layihələrin həyata keçirilməsi ilə bağlı təkliflərlə bağlı fikir mübadiləsi olub.

Moldova Prezidenti mərkəzin son illərdə həyata keçirildiyi layihələrin əhəmiyyətini yüksək qiymətləndirib. Təşklatın qısa vaxt ərzində beynəlxalq əlaqələrini genişləndiməyə nail olmasının təqdirəlayiq olduğunu vurğulayıb. İ.Dodon mərkəzin təşəbbüslərinin dünyada sülhün, təhlükəsizliyin, mədəniyyətlərarası dialoqun möhkəmlənməsində xüsusi önəm kəsb etdiyini vurğulayıb.

Qəbul zamanı Moldova Prezidentinə mərkəzin həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verilib, VI Qlobal Bakı Forumunun hesabatı təqdim olunub. Bildirilib ki, mərkəzin fəaliyyətində əsas prioritetlərdən biri qlobal problemlərin həllinə xidmət edən ideya və təşəbbüslərin dəstəklənməsidir. Qeyd olunub ki, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Moldova ilə əməkdaşlığa xüsusi önəm verir.


Müəllif: Səxavət