10 Avqust 2018 15:55
986
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan İlahiyyat İnstitutunun loqo müsabiqəsinin qalibi müəyyənləşib.

İnstitutdan Teleqraf.com-a verilən məlumata görə, bu ilin fevral ayında Prezident İlham Əliyevin Sərəncamıyla yaradılan Azərbaycan İlahiyyat İnstitutu öz korporativ loqosunun təşkili üçün iyulun 26-da müsabiqə elan edib.

Bu məqsədlə İnstitutda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva, Azərbaycanın xalq rəssamı Eldar Mikayılzadə, AMEA–nın M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi Zaur Orucov və Azərbaycan İlahiyyat İnstitutunun müəllimi Kövsər Tağıyevdən ibarət komissiya təşkil edilib.

Keçirilən loqo müsabiqəsi ilə əlaqədar keçirilən iclasda loqo nümunələri komissiya üzvlərinə təqdim edilib və müzakirələr aparılıb.

Məlum olub ki, müsabiqəyə Azərbaycanın müxtəlif bölgələrindən fərdi və müştərək qaydada 36 müəllif ümumilikdə 106 loqo nümunəsi təqdim edib. Elan edilən parametrlər üzrə qiymətləndirilmədən sonra Könül Məmmədzadənin təqdim etdiyi loqo nümunəsi müsabiqənin qalibi seçilib.

Loqo müsabiqəsində fərdi qaydada iştirak edərək qalib seçilən Könül Məmmədzadə Azərbaycan İlahiyyat İnstitutu tərəfindən mükafatlandırılıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər