Bakıda küləkli hava hələ bir neçə gün davam edəcək. Bu cür havada dənizə girmək olduqca təhlükəlidir. Buna baxmayaraqbu gün istirahət günü olduğundan çimərliklərə üz tutan insanlar az olmayıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə belə insanlara xəbərdarlıq edib.
Milli Hidrometeorologiya Departamenti gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq edib. Proqnozlara görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu 24-27° isti təşkil edəcək. Abşeron yarımadasının şimal çimərliklərində Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulbada mülayim şimal-qərb küləyi arabir güclənəcək, dəniz suyunun temperaturu 23-24° isti olacaq.
Elə bu gün də dəniz suyunun tepmeraturu əvvəlki günlərlə müqayisədə bir qədər aşağı idi. Amma buna baxmayaraq bu cür havda dənizə girənlər elədə az deyil.
Qeyd edək ki, cənub çimərliklərində Türkan, Hövsan, Sahil, Şıx damülayim şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 24-25° isti təşkil edəcək. Şimal-qərb küləyinin arabir güclənməsi ilə əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmaq tövsiyə edilir- deyə məlumatda qeyd edilib.