Mədəniyyət Nazirliyi 2016-cı ildən həyata keçirilən “Azərbaycan kitabının dünyaya tanıdılması” layihəsi ilə əlaqədar seçmə Azərbaycan ədəbiyyatı nümunələrinin tərcüməsi, çapı və Türkiyədə yayılması işini davam etdirir.
Teleqraf.com xəbər verir ki, layihə üzrə tanınmış yazıçı-tərcüməçi, “Qızıl kəlmə” mükafatı laureatı Saday Budaqlının hekayələrindən ibarət “Yolüstü söhbət” kitabı nəşr olunub.
Türkcəyə şair-tərcüməçi Yurtseven Şenin çevirdiyi kitab “Sevinç Fırat Zengin Yayıncılık” nəşriyyatında çap olunub.
Kitabda ədibin müxtəlif illərdə qələmə aldığı “Yağmursuz havalar”, “Yolüstü söhbət”, “Qırxıncı otaq”, “Yaxşı oğlan”, “Bir yay günü”, “Qoca”, “Şübhə” və digər hekayələri toplanıb.