17 Avqust 2018 22:13
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunan “Cümhuriyyətin 100 illiyi” Diaspor Gənclərinin I Yay düşərgəsinin başlanmasına bir neçə gün qalıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a bildiriblər ki, Azərbaycanın dilbər guşələrindən olan qədim Şəki şəhərində təşkil edilən düşərgəyə 37 ölkədən azərbaycanlı gənclər gələcək.

Gənclərin Azərbaycana gəlişi avqustun 22-dən başlayır. Onlar ABŞ-da, Avropanın müxtəlif ölkələrində, keçmiş sovet ittifaqı respublikalarında, Şərq ölkələrində, bir sözlə, dünyanın dörd bir yanında yaşayan soydaşlarımızdır. Düşərgə iştirakçılarının bir qismi doğma vətənləri olan Azərbaycana ilk dəfə səfər edir. Düşərgədə 150-dən artıq gənc toplanacaq, onları maraqlı, yaddaqalan görüşlər, eyni zamanda, istirahət və əyləncə gözləyir. Belə ki, gənclər ictimai şəxslər, deputatlar, müharibənin ağrı-acısını yaşamış soydaşlarımız, vətəndaş cəmiyyətinin təmsilçiləri, mədəniyyət xadimləri, eləcə də yerli gənclər və diaspor sahəsinin ekspertləri ilə görüşəcək, tarixi məkanlarla tanış olacaq, turizm potensialı barədə məlumat alacaqlar. Düşərgə iştirakçılarının Qarabağ atlarını da seyr etmək imkanları var. Diaspor gəncləri üçün qısamüddətli olsa da Azərbaycan dili dərsləri də nəzərdə tutulub.

Diaspor Gənclərinin I Yay düşərgəsi avqustun 28-da başa çatacaq.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər