Azərbaycan cüdoçusu Elnur Məmmədli 2008-ci ildə Olimpiya çempionu olanda dövlət ona 600.000 manat (təxminən 800.000 dolar) pul bağışladı. Bundan sonra bu idmançının sanballı bir uğuruna rast gəlmədik. Maşın kolleksiyası yaratdı, adı “razborka”larda çəkildi və s.
Teleqraf.com xəbər verir ki, bunu təhsil üzrə ekspert Etibar Əliyev deyib.
Ekspert bildirib ki, bundan sonra Elnur Məmmədli çəkisini 73 kiloqramdan 81-90 kiloqrama qədər artırdı, 2012-ci ildə isə peşəkar karyerasını başa vurdu:
“Ancaq ondan cəmi iki yaş böyük olan Yamayka yüngül atleti Hüseyn Bolt 8 dəfə Olimpiya çempionu, 11 dəfə Dünya çempionu olub. 2012-ci ildə onun 20,3 milyon dollar gəliri olub. Bu vəsaitin asas hissəsi reklam və sponsor müqavilələrindəndir. Boltun yazdığı “Mənim avtobioqrafiyam” kitabında dövlətin ona maliyyə dəstəyi barədə söhbət belə açmayıb.
Enur Məmmədli və başqaları dövlətin onlara verdiyi yüksək məbləğin bir hissəsini də öz idman karyeralarına xərcləməli idilər. Dövlətin idmançıların çoxunu ərköyünləşdirməsi artıq öz “nəticəsini” verib. Şəhriyar Məmmədyarov məsələsinə gəlincə, şahmat bahalı oyundur. Yəni onun özü bu oyundan indiyə qədər heç nə qazanmayıb? İnanmıram ki, dövlət belə parlaq idmançının yarışlarda iştirakını maliyələşdirməsin”.
Qeyd edək ki, məşhur şahmatçı Şəhriyar Məmmədyarov sponsor olmadığı üçün yarışlara öz şəxsi hesabına getdiyini iddia edib.