30 Avqust 2018 21:13
1 027
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gürcüstanın baş naziri Mamuka Baxtadzenin başçılıq etdiyi nümayəndə heyətinin tərkibində ölkəmizə səfərə gəlmiş baş nazirin müavini, daxili işlər naziri Giorgi Qaxarianı qəbul edib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, səmimilik və işgüzarlıq şəraitində keçən görüş zamanı nazirlər xalqlarımız arasındakı dostluğun qədim tarixə malik olduğunu, ikitərəfli münasibətlərin, o cümlədən Daxili İşlər nazirlikləri arasında əlaqələrin hər iki ölkə rəhbərliyinin siyasi iradəsinə, müəyyənləşdirdikləri strategiyaya uyğun olaraq uğurla inkişaf etdiyini, belə görüşlərin əməkdaşlığın keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə təkan verdiyini bildiriblər.

Təmsil etdikləri ölkələrdə kriminogen durum barədə qarşılıqlı fikir mübadiləsi aparan nazirlər onu da məmnunluqla vurğulayıblar ki, dövlətlərimizin müvafiq qurumları arasında əməkdaşlıq, ilk növbədə, beynəlxalq terrorçuluq, transmilli mütəşəkkil cinayətkarlıq, xüsusən narkotiklərin qanunsuz dövriyyəsi, insan alveri və qanunsuz miqrasiya ilə mübarizə sahəsində işbirliyi, təcrübə və informasiya mübadiləsi, yaradılmış normativ-hüquqi baza yaxın dost və strateji tərəfdaş olan ölkələrimizin mənafeyinə, bölgədə təhlükəsizliyin təmini işinə xidmət edir.

Səmimi qəbula və ətraflı məlumata görə Ramil Usubova minnətdarlığını bildirən Giorgi Qaxaria ölkəmizlə ikitərfli münasibətlərin inkişafına böyük əhəmiyyət verdiklərini, bunun üçün səylərini əsirgəməyəcəklərini vurğulayıb.

Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər