31 Avqust 2018 00:21
1 732
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda apteklərin birində psixotrop maddələrin reseptsiz satılması barədə sosial şəbəkələrdə yayılan video geniş müzakirələrə və narahatlığa səbəb olub.

Vətəndaş çəkdiyi videoda Nobel prospektində yerləşən aptekdə psixotrop maddə sayılan tramadolun yeniyetmələrə reseptsiz satıldığını iddia edir. Əməkdaşlarımız bu gün həmin iddia ilə bağlı sözügedən aptekdə olublar. Qarşılaşdıqları mənzərə isə sizi də təəccübləndirəcək.

Vətəndaşlar deyirlər ki, aptekdə adi başağrı dərmanını belə tapmaq mümkün deyil. Lakin nə tapılmasa da, psixatrop maddələr bu aptekdə hər zaman tapılır.

Maraqlısı burasındadır ki, çəkiliş apardığımız zaman adi başağrı dərmanının belə satılmadığı aptekin qarşısı bir dəqiqə belə müştərisiz qalmırdı. Qapının bağlı olmasına baxmayaraq, dəqiqələrlə aptekin qabağında gözləyənlər belə var idi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər