Azərbaycanın mədəniyyət və turizm naziri Qusar şəhərində vətəndaşları qəbul edəcək.
Mədəniyyət və Turzim Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, mədəniyyət və turizm naziri Əbülfəs Qarayev cari ilin avqust ayının 29-da saat 11:00-da Qusar şəhərində Heydər Əliyev Mərkəzində (Mirzə Vəliyev küçəsi) Qusar, Xaçmaz, Quba, Siyəzən və Şabran rayonlarından olan vətəndaşların qəbulunu keçirəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.