14 Sentyabr 2018 18:25
1 161
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənilərin Azərbaycana qarşı mənfur hərəkətlər etməsinə imkan verməməliyik.

Teleqraf.com xəbər verir ki, bunu sosioloq Əhməd Qəşəmoğlu deyib.

Onun sözlərinə görə, Ermənistanın təcavüzkarlığına qarşı istedadlı gənclərin yetişdirilməsinə çalışmaq lazımdır: “Biz tez-tez erməniləri bizə qarşı etdikləri hərəkətlərə görə qınayırıq, bu hərəkətin insanlığa sığmadığını deyirik. Bir mənfur düşmənlə əlbəyaxa olub ölüm-dirim döyüşü aparan adam zərbə aldıqda qarşı tərəfə deyə bilərmi ki, sənə ayıb olsun, bu nə hərəkətdir? Bu idman yarışı deyil.

Biz özümüz elə davranmalıyıq ki, qarşı tərəf belə mənfur hərəkətlər edə bilməsin. Bunu etmək üçünsə, xalqın intellektual güçünün hərəkətə gətirilməsi lazımdır. İstedadlı gənclərimizin yetişdirilməsi istiqamətində mühüm işlər görülməlidir”.


Müəllif: Mənsur Rəğbətoğlu