Bakıda gecələr polisin gözü önündə insan alveri gedir
Bakının 4-cü mikrorayon dairəsi adlanan ərazisi gecələr fahişələrin yağlı qapısına çevrilib.
Bu barədə məlumatı ərazidə yaşayan sakinlər bildirib. Onların sözlərinə görə, hər gecə fahişələr sözügedən əraziyə gələrək öz müştərilərini gözləyirlər. Sözügedən faktla bağlı sakinlər redakiyamıza videogörüntülər də göndəriblər. Görüntülərdə yol kənarında dayanan qadınların bir-bir avtomobillərə yaxınlaşdıqları görünür. Onlar qiymət danışdıqdan sonra avtomobilə əyləşərək əvvəlcədən təyin etdikləri yerə gedirlər. Video görüntülərdən də göründüyü kimi bir saat ərzində ərazidə bir neçə belə hal müşahidə olunub. Maraqlı olan məqam isə, ərazinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən daim nəzarətdə saxlanılmasıdır. Çünki çəkiliş müddəti ərzində ərazidən bir neçə dəfə PPX avtomobilinin keçdiyini görmək mümkündür.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəsi müavini Ehsan Zahidov məsələ ilə bağlı məlumatlı olmadığını bildirib. O, müəyyən şikayətdən sonra məsələnin araşdırıla biləcəyini qeyd edib: “Əgər kimsə avtomobilini saxlayıb, hansısa qadınla söhbət edirsə burada polis heç nə edə bilməz. Onların fahişə olub olmamasını polisin müəyyən etməsi mümkün deyil. Əgər kiminsə həmin ərazidə insan alverinin olması ilə bağlı şikayəti varsa “102” qaynar xəttinə müraciət edə bilər. Bundan sonra biz məsələni araşdırarıq. Əgər sakinlərin də bununla bağlı şikayəti varsa, onlar da müraciət edə bilərlər”.
Sakinlər bildiriblər ki, dəfələrlə Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsinə şikayət etsələr də, oradan heç bir reaksiya gəlməyib
Nəsimi rayonu ərazisində çəkilən görüntüləri təqdim edirik:
/azxeber.com/