Azərbaycan parlamentinin 100 illiyinin təntələni şəkildə qeyd olunması, ölkə prezidentinin bu mərasimdə iştirakı mühüm hadisədir.
Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin deputatı İlham Məmmədov deyib.
O bildirib ki, parlamentimiz zəngin tarixə sahibdir. Onun sözlərinə görə, bu tarix çox böyük əhəmiyyət kəsb edir:
“1918-ci ildə yaradılmış Azərbaycan Xalq Cümhuriyyəti müasir Azərbaycanın yaranmasına və güclənməsinə də öz töhfələrini verib. Azərbaycan müstəqillik illərində çox böyük nailiyyətlər qazanıb. Bu gün müasir Azərbaycan parlamenti öz sələfinin izi ilə gedərək ölkənin inkişafına vacib töhfələr verir. Milli Məclis bütün sahələr üzrə qanunlar qəbul edib ki, bu amil inkişaf prosesində çox mühümdür”.