Mənim Etimadım mərd doğuldu və mərd kişi olaraq bu aləmi tərk etdi. Bu dünya mərdləri də, namərdləri də ayırd edən yerdir. Nəhayətdə, divana çıxacağıq...
Teleqraf.com xəbər verir ki, bu fikirləri tanınmış telejurnalist Sevil Nuriyeva mərhum həyat yoldaşı Etimad İsmayılov haqda yazıb.
O qeyd edib ki, cənnətdə onunla təkrar qovuşmaq ən böyük arzusudur:
“Bu gün 7-ci gündür ki, bu aləmi tərk etdi… Mən ondan razıyam, dostlari, iş gördüyü namuslu insanlar ondan razıdır. Ağzı oruclu, abdəstli və ən son gün zəkat verərək, dünyadan köçdü. Allah səndən razı olsun, canımın içi. Sən İlyası necə görmək istəyirdinsə, məni necə görmək istəyirdinsə, sənə sözümdür, hamısı olacaq... Bu gün dostlarından, dostlarımdan Mülk və Yasin surəsi oxunmasını xahiş edirəm. Məni yalnız buraxmayan, dualarını əksik etməyən, başsağlığı verən, mənim çiynimə çiynini dayayan gerçək dostlarımıza mütəşəkkirəm. Allah sizləri qorusun və dərd verməsin”.
S.Nuriyeva daha sonra qeyd edib ki, bu dünyada nəfəsi bədənindən çıxan günə qədər Allahı, məfkurəsi, davası, Etimadi, İlyası, dostları üçün yaxşı, mərd, mərhəmətli olmağa davam edəcək:
“Acım dərin və heç dinməyəcək. Amma cənnətdə qovuşanadək dua edəcəm, Etimad... Səninlə fəxr etdim hər zaman... Səninlə birlikdə keçirilən hər an bir ömür qədər qiymətlidir, əzizdir, əzizim. Arxanda qoyduğun mərd adam adı üçün sağ ol, canım. İlyasa buraxdığın ən qiymətli miras budur. Məni gözlə, əzizim. Vaxt tamam olanda Allah cənnətində qovuşduracaq, inşallah”.