26 Sentyabr 2018 20:30
1 124
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunu pozan fiziki şəxslərə polis, hüquqi və vəzifəli şəxslərə isə Fövqəladə Hallar Nazirliyi nəzarət edəcək.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Musa Quliyev deyib.

Onun sözlərinə görə, iaşə obyekti və digər qapalı məkanlarda tüstü siqnalı verən sistem qurulacaq: “Orada siqaret çəkilərsə, FHN-də bilinəcək ki, bu obyektdə tütün var və nəzarət qrupu həmin əraziyə gələcək. Eləcə də polis reydlər təşkil edəcək. Siqaret çəkən şəxs digər şəxslərin sağlamlığına və ya əmlakına ziyan vurarsa, bunu ödəmək məcburiyyətində olacaq”.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə 5-ci bənd əlavə edilir. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Eləcə də tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur.


Müəllif: Nərgiz

Oxşar xəbərlər