28 Sentyabr 2018 07:02
1 048
12 Punto 14 Punto 16 Punto 18 Punto

“CHEO” tədqiqat institutunun alimləri uşaq və yeniyetmələrin istifadə etdikləri elektron qurğuların beyin fəaliyyətini azaltmasını və normal inkişafa mane olmasını müəyyənləşdiriblər. Nəticə etibarilə qurğular yuxusuzluğa, sinir və psixi pozğunluğa səbəb ola bilər.

Teleqraf.com “İKTnyus”a istinadən xəbər verir ki, 20 uşaqdan yalnız biri qurğuları təyinatı üzrə istifadə edir, digərləri isə rejimi dəyişərək smartfon və planşetlərdən sui-istifadə hallarına yol verir. Həkim tövsiyələrinə mütəmadi əməl etməyən uşaqlar üzərində keçirilən sınaqlar əqli qabiliyyətin azalmasını, eləcə də ümumi səhhətin pisləşməsini göstərib.

Mobil qurğular vasitəsilə internet və sosial şəbəkələrə həddən artıq aludəçiliyin ən ağır nəticələri arasında həkimlər tərəfindən müalicəsi ciddi müdaxilə tələb edən psixi pozğunluqlar qeyd olunur.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər