Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Gəncə şəhərində vənətdaşlarla görüş keçirəcək.
Daxili İşlər nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, nazir oktyabr ayının 27-də saat 10:00-da Gəncə Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Samux, Kəlbəcər, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarının sakinlərini qəbul edəcək.
Vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və DİN-in səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.
Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.