Azərbaycanın məşhur milyonçusu Ağa Musa Nağıyevin nəvəsi, tədqiqatçı Dilarə Ağamusanın “Hər ömür bir tamaşa” adlı kitabı çap olunub.
Teleqraf.com xəbər verir ki, Dilarə Ağamusanın kitabında yeni faktlar var.
Bu əsərdə Ümmülbanu (Banin), İsmayıl və Fərəc Nağıyevlər, Murtuza Muxtarov, Züleyxa Əsədullayeva, Yelizaveta Qriqoryevna, Xədicə Əsədullayeva-Nağıyeva, Murad Nağıyev, Liza Muxtarova və başqaları haqqında maraqlı materiallar, sənədlər və faktlar yer alıb.
Kitabda dövrün hadisələrinə xüsusi diqqət ayrılıb.
Əsər gənclərə vətənpərvərlik duyğularının aşılanması və tarixi şəxsiyyətlərimizin daha ətraflı tanıdılması baxımından çox əhəmiyyətlidir.
“Elm” nəşriyyatı tərəfindən çap olunan kitabın baş məsləhətçiləri professorlar Asif Rüstəmli və Əsədulla Qurbanovdur.