Daha bir avtobus sürücüsü sərnişinlərin həyatını təhlükəyə atıb .
Teleqraf.com xəbər verir ki, 39 saylı marşrut avtobusunun sürücüsü bir əlində telefon, digər əlində isə sükanı tutaraq avtobusu idarə edib.
Kadrlar avtobusda olan sərnişinlərdən biri tərəfindən çəkilərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərilib. Görüntülərə diqqət etdikdə avtobus sürücüsünün ciddi qanun pozuntusuna yol verdiyini görmək olur. Belə vəziyyətdə başı telefona qarışan sürücü hər an qəza törədə, sərnişinlərin ölməsi və xəsarət alması ilə nəticələnən hadisənin baş verməsinə səbəb ola bilər.
"Yol hərəkəti haqqında" qanuna görə isə, sürücünü avtobusu idarə edərkən əlində telefon tutmaqla istifadəyə görə 50 manat miqdarında cərimə gözləyir.