17 Oktyabr 2018 07:06
588
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının mərkəzində “Food and Drinks Fest” keçiriləcək.

Teleqraf.com xəbər verir ki, festival “Meal For Real” komandası və Azərbaycan Dövlət Turizm Agentliyi tərəfindən təşkil edilir.

Festival bu dəfə Fəvvarələr meydanında keçiriləcək. Fəvvarələr meydanının seçilməsində məqsəd paytaxtın daha çox sakini və qonağının bayram ab-havasına qərq olmasını təmin etməkdir. Festival qonaqlarını daha zəngin mədəni proqram – populyar musiqi, ustad-dərsləri, blogerlərlə görüşlər və müxtəlif müsabiqələr gözləyir. Həmişə olduğu kimi şəhərin ən yaxşı restoranları özlərinin yerli və dünya mətbəxinin ən məşhur yeməklərini təklif edəcəklər. Festival oktyabrın 24-dən 28-dək saat 11:00-dən 23:00-a qədər davam edəcək. Giriş sərbəstdir.

Xatırladaq ki, bu, sayca IV Küçə yeməyi festivalıdır. 2017-2018-ci illərdə “Baku Street Food Festival”, “Baku Sweet November” və “Baku Summer Food Fest” festivalları keçirilib.


Müəllif: Teleqraf.com