Rusiyanın paytaxtı Moskvada yaşayan Dmitri Kojuxov 23 yaşlı androgindir. Yəni onun orqanizmində həm kişi, həm də qadın hormonları var.
Kişi cinsinə mənsub adam kimi doğulan, sonra isə qadın təki hiss etdiyini deyən Dmitri özünü Alina Devis adlandırır.
O, 19 yaşlı sevgilisi, özünü "Elison Bruks" adlandıran şəxslə toy edib.
Teleqraf.com Milli.Az-a istinadən bildirir ki, nikahlarını rəsmiləşdirmək üçün Moskva Baş VVAQ-ına müraciət etsələr də, onların istəyi rədd olunub.
Bundan sinirlənən D.Kojuxov sevgilisi Alina təki, gəlinlik paltarı geyinib və eyni cinsdən olan şəxslərin nikahlarının rəsmən qeydə alınmamasına etiraz aksiyası keçirib.
Bir müddət sonra onların nikahı rəsmiləşdirib.
D.Kojuxovun sözlərinə görə, indi onları təhqir edirlər.
"Nikahımızın qeydə alınmaması üçün heç bir qanuni səbəb olmadığından məmurlar məcbur qalaraq istəyimizi reallaşdırdılar. Lakin nikahdan və toydan sonra bizi hədələməyə başlayıblar. İnternetdə ünvanımıza yazılan hədələrlə bağlı polisə müraciət etmək niyyətində deyiləm. Çünki bu hədələr virtualdır", - D.Kojuxov deyib.
Onun sözlərinə görə, nə kişi, nə də qadın deyil: "Mən androginəm, yəni kişi və qadın arasındakı "sərhəd mövqe"dəyəm, gender mənsubiyyətimi də dəyişməmişəm".