27 Oktyabr 2018 18:04
1 994
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hamımız sağam dişlərlə xoşbəxt gülümsəmək istəyirik. Amma bəzən dadlı qidaların dişimizə zərər yetirdiyini bilmirik.

Teleqraf. com həmin qidalar haqqında məlumat verir.

Quş üzümü

Quş üzümü dişlərimizin sağlamlığına mənfi təsir etmir, ancaq onları fərqli rəngə boyayar. Əgər daim quş üzümü yesəniz, vaxt keçdikcə dişləriniz sarala bilər.

Cipsi

Cipsi tüpürcək altında qlükozaya çevrilən karbohidratlardan ibarətdir. Bu da dişinizdə təhlükəli bir çuxur yarada bilər. Ona görə də çipsi yedikdən sonra ağzınızı yaxalamağı unutmayın.

Saqqız

Daim saqqız çeynəyirsizsə, şəkərsizi seçin. Çünki şəkərli saqqız dişinizdə ciddi problem yarada bilər.

Şəkərdən başqa saqqızın ən böyük təhlükəsi odur ki, plomblar, diş kremləri və diş körpüləri üçün dağıdıcı təsir göstərir.



Partlamış qarğıdalı

Qarğıdalı da cipsidə olduğu kimi içərisində zərərli qlükoza yaradan karbohidrat saxlayır. Beləcə zəif dişlərə çox zərər verə bilər.

Pomidor

Pomidorlarda turşu maddələri çoxdur. Bu, təkcə təzə pomidor üçün əsas deyil, eyni zamanda souslu və pomidordan hazırlanan qış yeməkləri üçün də belədir.

Turşu dişinizə zərər verir və diş həssaslığına yol açır.

Çörək, makaron və kartof

İçində nişasta olan qidalar yeyildikdən sonra dişlərə yapışaraq, uzun müddət orda qalır. Nişasta tüpürcəklə birləşdiyində isə şəkərə çevrilir. Beləcə diş boşluqlarında problemlər yaranır.

Çay

Çayın tərkibində kafein olduğunu hamımız bilirik. Kafein bədənə mənfi təsir göstərsə belə, dişə problem yaratmaz. Ancaq daha çox istifadə olunsa dişlərə də zərər verər.


Sağlamlıq xətrinə gündə 4 stəkandan çox çay içməməlisiniz. Çalışın, paket çaylara üstünlük verməyin.

Fıstıq

Dadlı və yapışqan fıstıq dişlərə zərər vermək baxımından təhlükəlidir.

Onun tərkibindəki şəkər dişlərə yapışır və orada boşluqlara səbəb olur.


Müəllif: Aytən

Oxşar xəbərlər