Dövlət Gömrük Komitəsi tərəfindən gömrük rəsmiləşdirilməsi və təmsilçilik xidmətlərinin təkmilləşdirilməsi sahəsində mütəxəssislərin hazırlanması məqsədilə təlimlərin keçirilməsinə start verilib.
Komitədən Teleqraf.com-a verilən məlumata görə, təlimlər hər həftənin şənbə və bazar günləri (bayram günləri istisna olmaqla) qruplar şəklində saat 10:00-da Dövlət Gömrük Komitəsinin Akademiyasında keçiriləcək.
Təlimlərdən uğurla keçən, bacarıqlı və işinə məsuliyyətli şəxslərə müvafiq bal sistemilə qiymətləndirilməklə sertifikatların verilməsi və ardıcıl olaraq işlə təmin olunmasına köməklik edilir.
Mövzular:
·Ümumi müddəalar;
·Gömrük rəsmiləşdirilməsi;
·Gömrük prosedurları;
·Gömrük bəyannamələrinin doldurulması qaydalarına uyğun tərtib olunması;
·Gömrük təmsilçiliyi və gömrük təmsilçilik xidmət növlərinin təşkil olunması.
Tələblər:
·35 yaşa qədər oğlanlar və qızlar
·Ali təhsil
·Hərbi xidmət
·Texniki biliklər
·Komputer bilikləri (WORD/EXCEL/ İnternet ilə işləmək bacarığı)
Təlimlərdə iştirak etmək istəyən şəxslər tərcümeyi-halı(CV) elektron poçt ünvanına həftə içi I-V günlər göndərə bilərlər. Tərcümeyi-hal (CV) tərəfimizdən yoxlanıldıqdan sonra sizinlə əlaqə saxlanılacaq və ilkin qəbul vaxtı bildiriləcək.
Əlaqələndirici şəxs:
Anar Şükürov
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi,
"Azərterminalkompleks" Birliyi, Gömrük brokeri işinin təşkili şöbəsinin rəisi,
Bakı ş., Sabunçu r., Zabrat-Maştağa şossesi, sol kənar, 3
Dövlət Gömrük Komitəsinin Akademiyası
Bakı ş., Sabunçu r., Zabrat-Maştağa şossesi, sol kənar, 2
Tel: (+994) 12 447-16-38 , (+994) 12404-22-00/ 3224 , 3290 (həftə içi iş günləri 09:00-13:00)
Mob: (+994) 51226-40-10
Email: [email protected]