30 Oktyabr 2018 20:19
835
12 Punto 14 Punto 16 Punto 18 Punto

Uzun axtarışlardan sonra əsl İslamın olduğu yeri və zamanı tapdım. Bu anlayış əməvilər dövrünə və xilafəti Yerusəlimdən idarə edən xəlifə Müaviyənin zamanına təsadüf edir.

Teleqraf.com xəbər verir ki, bunu şair Aqşin Yenisey deyib.

Onun sözlərinə görə, həmin dövrdə xilafət ərazsində multikulturalizm hökm sürürdü, nə yəhudilər, nə xristianlar təqib olunur, hətta onlara öz məbədlərində ibadətə icazə verilirdi:
“Poeziya, elm, xüsusilə astronomiya inkişaf edirdi. Hətta indiki şou-biznesin kökü də əməvi saraylarında qoyulub. O vaxt xəlifə frank kralına astolyabiya adlı səma cisimlərini müşahidə edən bir cihaz göndərir və xristianlar cihazı “şeytan aparatı” adlandırıb sındırırlar. İslam “inkişaf etdikcə” bunun əksi baş verdi, biz onların yaratdığı texnologiyaları “şeytan əməli” deyib sındırmağa başladıq və təsəlli tapdıq ki, bu, əsl İslam deyil”.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər