Məhkəmə dövlət çevrilişində ittiham edilən generallar Kənan Evren və Tahsin Şahinqayanın ölümü səbəbindən rütbələrinin alınması və mülklərinin müsadirə edilməsi barədə qərarın dayandırılmasına yenidən baxıb.
Teleqraf.com xəbər verir ki, Türkiyə Ali Məhkəməsi yerli məhkəmənin qərarını qüvvədən salıb.
Ali Məhkəmə yerli məhkəmənin “şahidlər vəfat etdi, onların rütbə və mülklərinin müsadirə edilməsi haqda qərar verməyə əsas yoxdur” fikrini məqbul saymayıb.
Ali Məhkəmə rütbə və əmlakların müsadirəsini əsaslı hesab edib.
Məlumata görə, Ali Məhkəmənin etirazları əsaslı hesab etməsindən sonra Kənan Evren və Tahsin Şahinqayanın ölümlərindən sonra rütbələrinin əlindən alınmasına dair məhkəmə prosesi Ankara Ağır Cinayətlər Məhkəməsində davam edəcək.
İlk məhkəmə prosesi gələn ilin yanvarın 18-də keçiriləcək.