Alimlərin son araşdırması heyvan bəsləyənlərin daha uzun yaşadığını təsdiqləyib.
Teleqraf.com xəbər verir ki, araşdırmalara görə, pişik və it bəsləmək infarkt riskini azaldır.
Amerika Kardiologiya Dərnəyi 2013-cü ildə ev heyvanı saxlamağın ürək xəstəlikərinə tutulma riskini azalmağa kömək etdiyini açıqlayıb.
5220 insanda aparılan araşdırmada it sahiblərinin fiziki baxımdan daha aktiv olduqları aşkarlanıb.
Araşdırma zamanı ev heyvanlarının stressi uzaqlaşdırdığı, xolesterin səviyyəsini azaltdığı da məlum olub.
Ev itlərinin təzyiqi düşürdüyü və müsbət psixoloji əhval yaratdığı bildirilir.
İt sahibləri boyun, bel ağrıları və yuxusuzluq kimi problemlərindən az şikayət edirlər.
Araşdırma zamanı pişik saxlayanlarda da infarkt riski 30 faiz aşağı hesab edilib.