“İrəli” İctimai Birliyinin keçirdiyi intellektual yarışların Dağlıq Şirvan və Şəki- Zaqatala iqtisadi rayonu üzrə qalibləri müəyyənləşib.
Teleqraf.com xəbər verir ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən “Azərbaycanın İntellektual Birİncisi” layihəsinin İsmayıllı, Ağsu şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Dağlıq Şirvan iqtisadi rayonu üzrə zona turniri baş tutub.
Eyni zamanda, noyabrın 11-də Şəki, Oğuz, Qax, Zaqatala, Balakən, Qəbələ şəhər və rayonlarının gənc intellektuallarının iştirakı ilə Şəki - Zaqatala iqtisadi rayonu üzrə zona turniri keçirilib.
Qalib gələn komandalar Bakı şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanıblar.
Gənclərin maarifləndirilməsinə istiqamətlənən və 11 regionda 4 intellektual oyun (“Xəmsə”, “Nə? Harada? Nə zaman?”, “Axtar-tap”, “Vətəni Tanı2) üzrə baş tutan layihə çərçivəsində Naxçıvan Muxtar Respublikası da daxil olmaqla 70-dən artıq rayondan 1500 gənc iştirak edir. Hər rayon 18 nəfərlik komanda ilə çıxış edir. Layihə çərçivəsində regional turnirlər Sumqayıt, Quba, Tərtər, İsmayıllı, Şəki, Mingəçevir, Şəmkir, Sabirabad, Lənkəran, Naxçıvan MR, Bakı şəhər və rayonlarında inşa olunan Gənclər Evi və Gənclər Mərkəzində keçirilir. Layihə 2 mərhələdən ibarətdir.
“Azərbaycanın İntellektual Birİncisi” layihəsinin final mərhələsi Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunub və Bakıda keçiriləcək.