20 Noyabr 2018 15:22
658
12 Punto 14 Punto 16 Punto 18 Punto

22 noyabr tarixindən etibarən Xəzər rayonu Binə qəsəbəsində fəaliyyət göstərən 190 nömrəli (qəsəbədaxili) marşrut xəttinin fəaliyyəti dayandırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Teleqraf.com-a verilən məlumata görə, Bakı Nəqliyyat Agentliyinin İdarə Heyəti sədrinin 20 noyabr 2018 tarixli müvafiq sərəncamına əsasən, 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xəttinin müvəqqəti istimarına dair “Ayşən LTD” MMC ilə imzalanan müqaviləyə xitam verilib.

Qeyd edək ki, 160 nömrəli şəhərətrafı və 190 nömrəli qəsəbədaxili müntəzəm marşrut xətləri üzrə avtobusların hərəkət sxemi Binə qəsəbəsi daxilində tam olaraq üst-üstə düşürdü.


Müəllif: Aytən