Azərbaycan kommunistləri 1991-ci ilin 20 noyabrında Qarakənd üzərində vurulan “Mi-8” vertolyotunda həlak olmuş görkəmli ictimai xadimlərin məzarını ziyarət edib.
Teleqraf.com xəbər verir ki, bu barədə Azərbaycan Kommunistlər Birliyi məlumat yayıb.
Ziyarət zamanı təşkilatın sədri Ədalət Abdinov mərhum dövlət katibi Tofiq İsmayılovun qohumları ilə görüşüb.
O bildirib ki, kommunist təşkilatı gələn il faciə qurbanlarından Tofiq İsmayılovun, Zülfi Hacıyevin və Vəli Məmmədovun xatirə gecəsini keçirməyi nəzərdə tutub.