4 Dekabr 2018 12:27
1 554
12 Punto 14 Punto 16 Punto 18 Punto

Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrı xalq artisti Fəxrəddin Manafovun işdən çıxması haqqında məlumata münasibət bildirib.

Teatrın mətbuat katibi İlham Məmmədov açıqlamasında deyib ki, F.Manafov hazırda Rus Dram Teatrının ştatındadır və hər şey normaldır.

O qeyd edib ki, xalq artistinin işdən ayrılması barədə informasiya həqiqəti əks etdirmir: "Məlumatı kimin və hansı məqsədlə yaydığını bilmirik. Fəxrəddin müəllim tamaşası, məşqləri və ya vacib bir iş olanda teatra gəlir. Belə hər gün teatrda olmur. Ola bilsin hazırda ailəsi ilə şəhər kənarındadır və ya özü dincəlir deyə telefonlara cavab vermir. Bəzən telefon zənglərinə cavab vermir. Bu da normaldır"./report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər