Üzə bitki yağı çəkilməsi, arıqlamaq üçün içilən bitki çayları və bitki mənşəli dərmanlardan necə gəldi şüursuz istifadə edilməsi sağlamlığınızı riskə sala bilər.
Teleqraf.com türk mütəxəssis Başak İnselin vacib xəbərdarlıqlarını təqdim edir.
Hər şeydən çox istifadə ziyan olduğu kimi bitkidən də həddini aşan istifadə bədənimizə uzun müddətli ziyan vura bilər. Bu zaman ən çox müzakirə olunan səna otudur.
Bu otun çayından qəbzlik zamanı istifadə olunur.
Ancaq ondan 3 həftədən çox istifadə eləmək bağırsaqda tənbəlliyə səbəb olar, xroniki qəbzliyi gücləndirər.
Zəncəfil soyuqdəymə, mədə-bağırsaq xəstəlikləri və pəhriz zamanı kara gələn bitkidir. Amma ondan öd kisəsində problemi olanlar həkim məsləhəti ilə istifadə etməlidir.
Ən vacibi odur ki, müalicə üçün bitkilərdən istifadə zamanı mütəxəssislə məsləhətləşmək çox önəmlidir.