11 Dekabr 2018 14:12
1 482
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda həyat yoldaşı Ramiz Taxveli tərəfindən öldürülən Adelya Taxveli ilə bağlı bəzi məqamlar üzə çıxıb.

“Buta Palace”nin art-direktoru olan həyat yoldaşı tərəfindən Rəşid Behbudov küçəsindəki binanın 5-ci mərtəbəsindən atılaraq öldürülən Adelya 2013-cu ildən “Atəşgah Sığorta” şirkətinin Anderraytinq və təkrarsığorta şöbəsinin baş mütəxəssisi vəzifəsində çalışıb.

Şirkətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Səbinə Babayeva Publika.az-a bildirib ki, Adelya Taxveli işinin peşəkarı olub: “O, kollektiv daxilində kifayət qədər sevilən, konfliktsiz əməkdaş idi, Gülərüz və pozitiv insan idi, kollektivimiz bu xəbərdən çox sarsıldı, Allah rəhmət eləsin”.

Bildirilir ki, A.Taxveli həm də Azərbaycan Sığortaçılar Assosiasiyasının Qeyri-həyat komitəsinin üzvü olub, o 3 gün əvvəl həmin komitənin iclasında da iştirak edib.

Məlumata görə, Adelya Taxveli ilə həyat yoldaşı Ramiz Taxveli arasında dərin sevgi münasibətləri olub. Adelya Taxveli internet gündəliyində tez-tez sevgi duyğuları barəsində qeydlər edirmiş və şeirlər yazırmış.

Onlar müxtəlif tədbirlərdə də birgə iştirak edib və bəzi mərasimləri təşkil ediblər.

Adelyanın yazdığı şeirlərdən birini təqdim edirik.

Я тебя буду ждать...
Аделя Тахвели

Не дано мне тебя разлюбить,
Жарким лето иль февральской порою,
Не дано мне тебя позабыть,
И смириться навеки с судьбою.

Как хочу я тебя повидать,
На минуту хоть встретиться взглядом,
И тогда чтоб смогла ты понять,
Как де сильно мечтаю быть рядом.

Звездной ночью шепчу твое имя,
Не забыть мне родные черты,
И года пролетают все мимо,
Когда же рядом окажешься ты?

Я тебя буду ждать, ты же знаешь,
Верю я что вернешься ко мне,
И как прежде, меня ты спасаешь,
И как прежде все будто во сне.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər