Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Sahil Babayevin əmri ilə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun qardaşı Aydın Əzizov yeni yaradılan 5 Tibbi-Sosial Ekspert Komissiyasının (TSEK) Səbail, Yasamal, Nəsimi rayonları üzrə sədri (baş həkim) təyin edilib.
Teleqraf.com xəbər verir ki, bu barədə Unikal.org-a A.Əzizov özü məlumat verib.
Qeyd edək ki, bundan əvvəl A.Əliyev Səbail rayonun tibbi-sosial ekspert komissiyasının müdiri vəzifəsində çalışırdı.