14 Dekabr 2018 17:47
573
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Dünya ölkələrində maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dinamikliyini, dayanıqlığını və inkişaf tempini saxlaya bilib”.

Bu sözləri Teleqraf.com-a millət vəkili, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.

O bildirib ki, valyuta ehtiyatlarımız il ərzində 40 milyarda qədər artmış, eləcə də digər makroiqtisadi göstəricilərimiz, ümumdaxili məhsulumuz da çoxalıb:

“Beynəlxalq reytinqi müəyyənləşdirən institutlar - həm Dünya Bankı, həm də Davos İqtisadi Forumu tərəfindən Azərbaycanın iqtisadi nailiyyətləri yüksək qiymətləndirilərək, müvafiq olaraq 25-ci və 30-cu yerlərdə qərarlaşıb.

İnkluzlivliyə görə, inkişaf etməkdə olan ölkələr arasında 3-cü yer tutmuşuq. Ən başlıcası isə bununla yanaşı, böyük meqa layihələrə imza atdıq. Bilirsiniz ki, TANAP layihəsinin açılışı oldu, Türkiyədə “STAR” neft emalı zavod fəaliyyətə başladı. Bütünlükdə bu il ölkəmizin bütün regionlarını əhatə edən sektorlarda böyük nailiyyətlər ili oldu.

Eyni zamanda gələn üçün dövlət büdcəsi tərtib olundu ki, bu da ölkə iqtisadiyyatının dinamikliyini özündə əks etdirən böyük nailiyyətlərimizdən biridir. Ölkədə əhalinin gəlirləri 10 faizdən çox artdı.

Prezident İlham Əliyevin həyata keçirdiyi bütövlükdə siyasətin başlıca məqsədi Azərbaycan vətəndaşlarının maraqlarının ifadə olunması, onların sosial rifah halının yüksəldilməsidir.

2018-ci ildə də bu sahədə böyük uğurlar əldə olundu. Əmək haqlarının, pensiyaların artımı, eyni zamanda şəhid olmuş və itkin düşmüş şəxslərin ailələrinə birdəfəlik 11 min manat vəsaitin verilməsi ilə bağlı ölkə prezidenti fərman imzaladı.

Biz doğurdan da görürük ki, sosial sahələrdə, xüsusilə qaçqın və məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması ilə bağlı böyük işlər görülüb”.

Millət vəkili deyib ki, bütövlükdə iqtisadiyyatımız yeni bir mərhələyə qədəm qoyub:

“Bu mərhələdə ölkənin neft amilindən asılılığın azaldılması, özəl sektorun inkişaf etdirilməsi, rəqabət qabiliyyətli ixrac yönlü məhsulların dünya bazarına çıxarılması yönündə nailiyyətlər əldə olundu. Eyni zamanda qanunvericilik sahəsində yeni qanunlar qəbul olundu. Bu da bir daha ölkədəki iqtisadiyyatın inkişaf templərinin göstəricisini müəyyənləşdirir və ölkənin sosial sahədəki qayğısının və bu sahədəki islahatların daha da genişlənməsini təmin etmiş olur”.


Müəllif: Aytən

Oxşar xəbərlər