26 Avqust 2014 17:56
1 652
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tanınmış müğənni Manaf Ağayev Oğuzda baş verən hadisəylə bağlı Publika.az-a açıqlama verib.

Müğənni bildirib ki, belə bir hadisə olmayıb:
"Onu kim yazıbsa, yalan yazıb. İki ildir Oğuzda toyda olmuram. Həmin toyun kasetini üzə çıxartsınlar, bir milyon pul verirəm".


Qeyd edək ki, "Qafqazinfo" Oğuzun Muxas kəndində toy günü bir qızın bacısının yerinə ərə verildiyini yazıb.
Səbəb kimi isə Sevinc adlı qızın toy günü evdən qaçmağı göstərilib. Bu toyu isə Manaf Ağayevin apardığı xəbər verilirdi.


Müəllif: