17 Dekabr 2018 18:53
951
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda bəhai dininə mənsub olduqlarına görə bir ay əvvəl Güney Azərbaycanın Təbriz şəhərində həbs edilən Monika Əlizadə, Şəbnəm İsaxani, Şəhriyar Xodapənah, Kambiz Misaqi və Xeyrullah Bəxşi müvəqqəti olaraq azadlığa buraxılıblar.

Teleqraf.com xəbər verir ki, həbs edildikdən sonra Tehranın Evin həbsxanasına köçürülən bəhailər məhkəməyədək sərbəst qalacaqlar.

Azadlığa çıxan 5 bəhai ilə eyni vaxtda həbs edilən digər təbrizli bəhai Fərzad Bahadurinin taleyi barədə isə məlumat yayılmayıb.

Xatırladaq ki, azərbaycanlı bəhailər Fərzad Bahaduri, Şəhriyar Xodapənah və Kambiz Misaqini noyabrın 17-də, Monika Əlizadə (Əqdəsi) və Xeyrullah Bəxşi noyabrın 18-də, Şəbnəm İsaxanini isə noyabrın 20-də yaşadıqları evdə saxlanılıblar.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər