Şamaxıda zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, yerli vaxtla 09:26:30-da Qobustandan 25 km qərbdə Şamaxıda zəlzələ qeydə alınıb.
Zəlzələ yerin 7 km dərinliyində baş verib. Maqnitudası 3,2 təşkil edən zəlzələ hiss olunmayıb.
Bundan təxminən 21 dəqiqə sonra ərazidə bird aha zəlzələ qeydə alınıb. Məlumata görə, gün ərzində ikinci zəlzələ yerli vaxtla saat 09:47:36-da Qobustandan 19 km qərbdə, Şamaxıda zəlzələ qeydə alınıb.
Yerin 17 km dərinliyində baş verən zəlzələnin maqnitudası 3,3 təşkil edib. Zəlzələ hiss olunmayıb.